26 C
Baku
Saturday, July 27, 2024

Tibb işçilərinə 29.5 milyon manat müddətli əlavə və mükafat ödənilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 13136 nəfər tibb və 2905 nəfər qeyri-tibb işçisinə yanvar ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 18.3 milyon manat müddətli əlavə ödənilib.

1.Tibbi  profilaktik tədbirləri həyata keçirən 2537 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 2.1 milyon manat ödənilib.

2.Təcili tibbi yardım xidməti göstərən 3383 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 461 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 4.1 milyon manat ödənilib.

3.Pasiyentlərə stasionar tibbi xidmət göstərən 6755 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 10.2 milyon manat ödənilib.

Onu da qeyd edək ki, 2905 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 1.9 milyon manat müddətli əlavə verilmişdir. Məlumat üçün bildirək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına və 1 aprel 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Agentlik tərəfindən yanvar ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən 45 nəfər könüllüyə adambaşına aylıq 250 manat olmaq şərtilə, yanvar ayı üzrə ümumilikdə 11.2 min manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

 

Son xəbərlər
Digər xəbərlər