13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Koronavirus peyvəndi ABŞ-da gələn həftə hazır olacaq

faizlere

Amerikanın koronavirus əleyhinə yeni vaksini gələn həftə yerli tənzimləyicisi tərəfindən bəyəniləcək, sonra ölkədə əhalinin peyvənd edilməsinə başlanılacaq.

TASS-a istinadən, belə əminliklə Corciya ştatında tərəfdarları qarşısında çıxış edən ABŞ prezidenti Donald Tramp çıxış edib.

“Və onlar (bəyənilmə) gələn həftə başlanacaq. Və biz vaksinləməyə başlayacağıq”, – dövlət başçısı deyib.

Trampın fikrincə, onun administrasiyasının səyləri sayəsində ABŞ-da vaksinin hazırlanılması prosesi inanılmaz dərəcədə sürətli olub. “Başqa administrasiyada bu, beş il vaxt aparardı. Bizə yeddi ay lazım oldu”, – respublikaçı dövlət başçısı əminliyini ifadə edib.

Birləşmiş Ştatlar administrasiyası koronavirus peyvəndinin hazırlanılması üçün Amerikanın “Moderna” şirkətinə 486 milyon ABŞ dolları, “Johnson & Johnson”a 456 milyon ABŞ dolları, Britaniya-İsveçin müştərək “AstraZeneca” kompaniyasına isə 1,2 milyard ABŞ dolları ayırıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər