26 C
Baku
Saturday, April 20, 2024

Koronavirus və MBA: qiymətlərdə hansı dəyişikliklər olacaq

MBA ixtisasının qiymətinə həm təhsil haqqı, həm də oxuduğunuz müddətdə çəkəcəyiniz bütün xərclər daxildir. Sizcə, koronavirus bu rəqəmlərə necə təsir edə bilər?

Biznes məktəbinə qəbul olmaq istəyənlər üçün qiymət məsələsi, demək olar ki, birinci yerdədir. MBA 2020 qiymət hesabatı özündə təhsil haqqı, mənzil kirayəsi, tibbi xidmətlər və digər xərclərə nə qədər ödəməli olduğunuzu araşdırır. Budur ki,  hesabata qısa nəzər salaq. Tədqiqatlar nəticəsində məlum oldu ki, ən böyük xərclər MIT SloanStanford tələbələrini gözləyir, ən ucuz variantlar arasında isə birinci yerdə Sinqapurun NUS Business School məktəbi dayanır.

Lakin koronavirus pandemiyası bütün qlobal iqtisadiyyata əhəmiyyətli təsir göstərdiyinə görə, onun MBA-nın dəyərinə də təsir göstərəcəyi təəccüblü deyil. Bəs bu təsir nə qədər güclü olacaq?

Təhsil haqqı və qəbul mərhələsi

Əvvəllər olduğu kimi, MBA ixtisası üzrə təhsil almaq istəyənlərin ən böyük xərci yenə təhsil haqqı olacaq. Apardığımız araşdırmaya görə, ABŞ-ın  MIT Sloan və  Stanford kimi aparıcı məktəblərində tələbələr 2 il ərzində təxminən 150 min dollar ödəyirlər ki, bu da ümumi xərclərin 65%-ni təşkil edir. Böyük Britaniyanın Said Business School (Oxford) və Judge Business School (Cambridge) məktəblərində təhsil haqqı ümumi xərclərin təxminən 80%-nə bərabərdir.

Bununla birlikdə, koronavirusun yayılması səbəbindən MBA proqramları böyük dəyişikliklərə məruz qaldı, çünki qısa müddətdə onlayn təhsil formatına keçid baş verdi. Üstəlik, biznes məktəblərin bir qismi uzunmüddətli perspektivdə virtual təhsilə üstünlük verəcəyini açıqladı. Məsələn, Cambridge Judge 2020-2021-ci illərdə mühazirələrin virtual olaraq qalacağını, əyani dərslərin isə minimuma endiriləcəyini bildirdi.

Format dəyişikliyinə görə bir çox məktəb təhsil haqqını geri qaytarmaq və ya qiymətləri aşağı salmaq tələbi ilə qarşılaşır. Stanford tələbələrinin təxminən 80%-i yaz semestrinin ödənişini qaytarmaq istəyir, bu məqsədlə petisiya imzalanıb; analoji sənədlər Wharton SchoolKellogg School of Management məktəblərində tərtib edilib.

Təhsil məsləhətçilərinin fikrincə, bir çox aparıcı məktəbdə təhsil haqları dondurulacaq. Bundan əlavə, bütün diqqət əlavə bonuslara yönəldiləcək. Qənaət etmək əvəzinə, tələbələr əlavə üstünlükləri olan təhsil müəssiələrini axtarmağa başlayacaqlar – xaricdən müəllimləri dəvət edən, digər məktəblərin tələbələri ilə ünsiyyət qurmaq imkanını yaradan və s.

Yaşayış xərcləri

Bir çox ölkələrdə karantin rejimi hələ bitməyib, beynəlxalq daşımalar isə qadağandır, bu səbəbdən universitetlər evdə oxumağı seçən yerli namizədlərlə görüşməli olacaqlar. Bu, xarici tələbələrin vəsaitlərinə həyati ehtiyacı olan biznes məktəbləri bir qədər sarsıda bilər. Məsələn, Birləşmiş Krallığın universitetləri ölkənin 120 min çinli tələbəni (digər xarici qonaqları saymasaq) qəbul edə bilməməsi ilə əlaqədar “maliyyə dəliyi”nin yaranmasını proqnozlaşdırırlar.

Abituriyentlər üçün bu yaxşı xəbərdir – xərclər xeyli azalacaq.

Nəzərə almaq lazımdır ki, yaşayış xərcləri MBA-nın ümumi dəyərinin ikinci ən böyük komponentidir, xüsusən də Nyu-York və London kimi böyük şəhərlərdə. Buna görə bəzi yerli tələbələr üçün valideynlər və ya digər qohumlarla birlikdə yaşamaq əla alternativ ola bilər.

Bundan əlavə, bu halda tibbi xidmətə qənaət edə bilərsiniz. Xatırladaq ki, İngiltərə və digər Avropa ölkələrində yerli tələblər tibbi xidmətdən pulsuz olaraq yararlana bilərlər (ABŞ-dan fərqli olaraq).

Pandemiyanın necə inkişaf edəcəyi və karantinin nə qədər müddətə uzadılması barədə əminlik olmadığından, xərcləri başqa yollarla da azaltmaq mümkün olacaq. Onlayn təhsil alan tələbələr üçün dərsdənkənar fəaliyyətlər, qeyri-rəsmi görüşlər və səfərlər onsuz da nadir hallarda baş tuturdu, indi isə bundan heç danışmasaq da olar.

Maliyyə dəstəyi

Daha böyük iqtisadi amillər də kənarda qalmayacaq. Bəzi regionlarda xaricdə təhsil təkcə beynəlxalq daşımaların qadağası səbəbindən deyil, həm də valyuta məzənnələrinin zəifləməsi səbəbindən cəlbediciliyini itirir. Qeyd edək ki, MBA ixtisası üzrə təhsilin qiyməti ilə bağlı şübhələr 2020-ci ilin fevral-aprel aylarında artmağa başladı. Graduate Management Admission Council (GMAC) tərəfindən keçirilən sorğuya əsasən, “qiymət təhsil almaq qərarına müəyyən və ya orta dərəcədə təsir göstərə bilər” cavab verənlərin sayı yerli tələbələr arasında 56%-dan 61%-ə yüksəldi.

“COVID-19 koronavirusunun qlobal iqtisadiyyata təsiri konteksti, məsələnin maliyyə tərəfinin potensial tələbələr üçün daha vacib olduğunu göstərir”, – deyə GMAC-ın rəhbəri Raul Choudaha söyləyir.

Universitetlərin nəzərdən keçirdikləri variantlardan biri də təhsil haqqını ödəməyə çətinlik çəkən tələbələrə daha böyük təqaüd verməkdir. Bir çox məktəb təqaüdlərin həcmini genişləndirdi və hazırda bu işi davam etdirir. Düzdür, güzəştlər uğurunda mübarizə getdikcə sərtləşə bilər, çünki indi daha çox tələbə maddi dəstəyə ehtiyac duyur. Ancaq bütün bunların fondların artmasına səbəb olma ehtimalı var.

Bundan əlavə, bəzi məktəblər qəbul ödənişlərinin ləğvi üçün müəyyən addımlar atır. Pandemiya ilə əlaqədar olaraq, təhsil müəssisələrinin 38%-i bu haqqı ya tamamilə ləğv etdi, ya da əhəmiyyətli dərəcədə azaltdı.

Tələbələrin təhsil haqqını ödəməsinə kömək edən təşkilatlar böhran dövründə təklif olunan yardımları bu günə qədər saxlamaq üçün əlavə addımlar atırlar. Məsələn, Prodigy Finance dərsləri təxirə düşən dinləyicilər üçün faiz dərəcəsini 3 ay müddətinə dondurdu.

Niyə seçiminiz qiymətdən asılı olmamalıdır

Biznes məktəbləri arasında seçim edən zaman, təhsil haqqı ən vacib meyarlardan biridir. Ancaq bügünkü xərclər uzunmüddətli faydaları kölgədə qoymamalıdır.

“Qiymətlərdəki problem ondadır ki, o hamıya məlumdur və asanlıqla ölçülə bilər. Bonuslar isə əksinə – gözə görünmür və onlara “toxunmaq” çətindir”, – Raul izah edir.

Unutmayın ki, biznes məktəbləri hələ də zəmanətli gəliri olan uzunmüddətli sərmayədir. Əvvəlki qlobal maliyyə böhranı dövründə məzun olanlar, MBA-nın onların hazırki həyatlarına müsbət təsir göstərdiyini təsdiqləyirlər.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər