14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Koronavirusa görə futbolçuların qiyməti 28% düşəcək

faizlere

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) koronavirus pandemiyasının futbolçuların transfer dəyərinə təsiri barədə hesabat yayımlayıb.

Qurum bildirib ki, mövsüm iyunun sonuna qədər yekunlaşmasa, oyunçular klublarına orta hesabla 28 faiz ucuz başa gələcəklər: “Futbolçulardan bəzilərinin qiyməti daha çox düşəcək. Bunların hamısı bir neçə amildən asılıdır: Oyunçunun yaşı, müqaviləsinin müddəti, karyera yolu və son dönəmdəki çıxışları. Ən çox qısamüddətli müqavilələri olan yaşlı oyunçular və bu mövsüm meydana girməyənlər itirəcəklər”.

CIES buna missal olaraq İngiltərə “Mançester Yunayted”inin oyunçusu Pol Poqbanın qiymətinin 65 milyon avrodan 35 milyon avroya düşmə ehtimalın olduğunu yazıb.

©Report

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər