7 C
Baku
Thursday, December 12, 2024

Koronavirusa görə ilk edam qərarı verildi

Çinin cənubunda koronavirus epidemiyası ilə mübarizədə vəzifəli olan iki şəxsi öldürən adama edam cəzası verilib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, hadisə Yunnan əyalətində baş verib. Belə ki, COVID-19-un yayılmasının qarşısını almağa yönəlmiş işlər zamanı bağlanan bir yoldan maşını ilə iznsiz keçməyə çalışan Ma Çenqo ona mane olmaq istəyən Li Gomin və Canq Quikunu bıçaqlayıb.

Onların hər ikisi hadisə zamanı ölüb.

Bununla bağlı olaraq məhkəmədə Ma Çenqoya ölüm hökmü çıxarılıb.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər