1 C
Baku
Cümə, Yanvar 21, 2022

Koronavirusa qarşı vaksinasiya dünyaya 45 mlrd. dollara başa gələcək

Planetin yetkin əhalisinin böyük hissəsinin vaksinasiya olunması üçün 2022-ci ildə 35-45 milyard dollara ehtiyac olacaq.

Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bunu Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adan Gebreyesus söyləyib.

Onun sözlərinə görə, hazırda yoxsul ölkələrə pulsuz peyvənd tədarükü, testlər və maskalar üçün proqramlar daxil olan beynəlxalq “ACT Accelerator” layihəsində 19 milyard dollar əskikdir.

Xatırladaq ki, daha əvvəl Con Hopkins Universitetinə istinadən verilən məlumata görə, dünya əhalisinin dörddə biri 2022-ci ilə qədər COVID-19-a qarşı peyvənd oluna bilməyəcək. Mütəxəssislərin fikrincə, hökumətlər və əczaçılıq şirkətləri “peyvənd millətçiliyi” problemini aşa bilmirlər və dərmanların paylanması ilə bağlı razılaşmalara əməl etmirlər.

“Bloomberg”in hesablamalarına görə, aprel ayında Yer kürəsinin əhalisinin cəmi 5%-i peyvənd olunub. Bununla yanaşı, peyvəndlərin 40%-i dünyanın inkişaf etmiş ölkələrinin payına düşüb. Analitiklər daha az təminatlı ölkələrin payının cəmi 1.6% təşkil etdiyini hesab edirlər.

Qeyd edək ki, peyvənd çatışmazlığı ilə bağlı varlı ölkələrə öz etirazını Çin bildirib. Pekinə görə, Avropa və Şimali Amerika ölkələri lazım olandan daha çox preparat alır ki, nəticədə üçüncü dünya ölkələrinə heç nə qalmır.

Son xəbərlər
Oxşar xəbərlər