20 C
Baku
Wednesday, October 16, 2024

Koronavirusa yoluxan deputat: “Sağalmaq üzrəyəm”

“”Mən artıq sağalmaq üzrəyəm”,- deyə bilərəm. Və heç şübhəsiz ki, bu, həkimlərimizin, tibb işçilərimizin zəhmətinin nəticəsidir”.

Bunu koronavirusa yoluxan deputat Sahib Alıyev özünün “Facebook” hesabında yazıb.

“Geyimlərindən yadplanetlilərə bənzəyən bu insanlar davranışlarıyla doğmadan da doğma planetlilərdirlər. Təsəvvür edin ki, yayın bu istisində əyinlərində skafandrabənzər geyimlə 8 saat müddətində yemək yeməmək bir yana, bir damla belə su içmədən ağzınadək xəsətələrlə dolu olan klinikada hər kəsin qayğısına qalmaq, hər bir xəstəylə mehriban davranmaq sadəcə peşəkarlığa yox, həm də insanlığa bağlı məsələdir. Bu fədakarlıqdır!”, – deputat bildirib.

Qeyd edək ki, S.Alıyev “Yeni Klinika”da müalicə alır.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər