27 C
Baku
Wednesday, April 24, 2024

Koronavirusa yoluxanların sayı yenidən 2000-i keçdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 266 yeni yoluxma faktı qeydə alınıb, 1 194 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Banker.az”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 520 068 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 486 426 nəfər müalicə olunaraq sağalıb, 6 939 nəfər vəfat edib. 26 703 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 552, bu günə qədər isə ümumilikdə 5 131 033 test icra olunub.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər