8 C
Baku
Bazar, Yanvar 23, 2022

Koronavirusa yoluxduğu barədə məlumat verən şəxsə pul mükafatı veriləcək

Çinin Hubey əyalətinin bir milyon əhalisi olan Syantszyan şəhərində koronavirusa yoluxduğu barədə məlumat verən şəxsə 1 400 ABŞ dolları mükafat veriləcək.

NTV xəbər verir ki, Syantszyan şəhərində 194 nəfərdə koronavirus infeksiyası qeydə alınıb. Bununla əlaqədar şəhər rəhbərliyi virusun qarşısını almaq üçün pul mükafatı kimi müxtəlif metodlara əl atır.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 807 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 221-dən çoxdur.

©Report

Son xəbərlər
Oxşar xəbərlər