Rusiyanın tanınmış həkim-immunoloqu, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov bildirib ki, hər hansı virusa, o cümlədən yeni koronavirus infeksiyasına yoluxma riski qapalı yerlərdə olduqca yüksəkdir.
Ekspert bunun havada təhlükəli patogenlərin konsentrasiyasının ən yüksək miqdarda olması ilə əlaqələndirib.
O, qeyd edib ki, binaların güclü şəkildə havalandırılması bu riski azaltmaq üçün əla üsuldur.
“Qapalı, sıx yerlərdə, məsələn, ictimai nəqliyyatda, məcburi qoruyucu maska rejimindən başqa, gücləndirilmiş ventilyasiya sistemi də olmalıdır. Metro vaqonlarında, avtobuslarda və digər ictimai nəqliyyat növlərində kondisionerləri söndürmək olmaz. Əksinə onu gücləndirmək, isitmə və filtrasiya ventilyasiyasını qoşmaq lazımdır,” – Jemçuqov deyib.
Mütəxəssis vurğulayıb ki, bu qoruyucu tədbir bütün virusların yayılmasına qarşı hərəkət edir.