1 C
Baku
Cümə, Yanvar 21, 2022

Koronavirusdan sonra modul tipli xəstəxanalar bu məqsədlə istifadə olunacaq

Koronavirus pandemiyası bitdikdən sonra modul tipli xəstəxanaların necə işləyəcəyi açıqlanıb.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərimə görə, modul tipli xəstəxanalar aktuallığı heç vaxt itməyəcək:

“Bizim ölkəmiz müharibə şəraitində yaşayır. Bu xəstəxanaları rahatlıqla digər yerdə  quraşdırmaq olar. Koronavirus tam başa çatdıqdan sonra, əgər ehtiyac yaranarsa, bu tipli xəstəxanalar gələcəkdə səhra hospitallarına çevrilə bilər”.

O modul tipli xəstəxanaların imkanlarından da danışıb:

“Bu xəstəxanalarda oksigen təchizatı 98 faizdir. Xəstəxanaların digər cəhəti əməliyyat üçün istifadəyə imkan verməsidir”.

Mənbə:Oxu.az
Son xəbərlər
Oxşar xəbərlər