9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlandı

“Bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği məlum olub”.

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, fonda indiyə qədər 113 502 948 manat ianə toplanıb.

“O vəsaitdən hələ ki, istifadəyə ehtiyac duyulmayıb”, o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərmanla ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Aprelin 11-də Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamla Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb.

Son xəbərlər
Oxşar xəbərlər