Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli 963 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 239) ilə təsdiq edilmiş “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda dəyişiklik edilib.
Prezidentin bu gün imzaladğı fərmanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti 31 dekabr 2020-ci ildən 31 dekabr 2021-ci il tarixinə qədər uzadılıb.
Həmçinin Fondun Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankında və kredit təşkilatlarında Azərbaycan manatı ilə və xarici valyutalarda bank hesabları olacaq.