Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində
iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarında dəyişiklik edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində
iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müddəti martın 1-dək uzadılıb.