12 C
Baku
Saturday, November 23, 2024

Koronavirusla mübarizədə iştirak edənlərə 2 mln. manata yaxın müddətli əlavə ödənilib

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2022-ci il üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq may-dekabr ayları üzrə təxminən 1.7 milyon manatdan artıq yaxın, qeyri-tibb işçilərinə isə 233 min manata yaxın müddətli əlavə ödənilib.

Bu barədə Dövlət Agentliyindən xəbər verilib.

Tibb və qeyri-tibb tibb işçilərinə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavələrin məbləği aşağıdakı kimidir:

Aylar Dövlət tibb müəssisələri üzrə Cəmi
Tibb işçiləri Qeyri-tibb işçiləri
May 244 811,58 AZN (1 163 nəfər) 24 008,55 AZN

(415 nəfər)

268 820,13 AZN

(1 578 nəfər)

İyun 111 934,58 AZN (813 nəfər) 15 965,01 AZN

(293 nəfər)

127 899,59 AZN

(1 106 nəfər)

İyul 232 109,62 AZN (1 246 nəfər) 34 499,07 AZN

(352 nəfər)

266 608,69 AZN

(1 598 nəfər)

Avqust 428 380,54 AZN (1 817 nəfər) 58 819,02 AZN

(461 nəfər)

487 199,56 AZN

(2 278 nəfər)

Sentyabr 301 862,90 AZN (1 605 nəfər) 39 254,75 AZN

(420 nəfər)

341 117,65 AZN

(2 025 nəfər)

Oktyabr 167 470,32 AZN (1 158 nəfər) 23 470,10 AZN

(381 nəfər)

190 940,42 AZN (1 539 nəfər)
Noyabr 147 884,01 AZN (985 nəfər) 22 398,78 AZN

(341 nəfər)

170 282,79 AZN

(1 326 nəfər)

Dekabr 99 077,47 AZN (787 nəfər) 14 361,13 AZN

(242 nəfər)

113 438,60 AZN

(1 029 nəfər)

CƏMİ: 1 733 531,02 AZN

(9 574 nəfər)

232 776,41 AZN

(2 905 nəfər)

1 966 307,43 AZN

(12 479 nəfər)

 

Qeyd olunmalıdır ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən dekabr ayı üzrə müddətli əlavənin ödənilməsi davam edir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2023-cü il tarixli 19 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2023-cü il martın 1-dək uzadılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər