Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə kimi 112 053 268 manat ianə edilib.
İanələri köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var. Belə ki, 85 102 959 manatı hüquqi, 6 950 311 manatı isə fiziki şəxslər ianə köçürüb.
Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanıyla martın 19-da yaradılıb.
Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.