16 C
Baku
Thursday, April 25, 2024

Koronavirusla mübarizəyə dəstək olmaq istəyənlərin nəzərinə!®

Dünyada yayılan COVİD-19 infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir. Bu infeksiyanın Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Cənab prezident İlham Əliyevin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır.

Fonda tək şirkət və fərdi sahibkarlar deyil, sıravi vətəndaşlar da, imkan daxilində ianə köçürməklə, öz töhfəsini verir. Hər birimiz bacardığımız yardımı göstərərək, öz vətənpərvərliyimizi və həmrəyliyimizi nümayiş etdirmiş oluruq. Ən əsası isə, gücümüzü birlikdə toplayıb, qalibiyyətə doğru addımlar atırıq.

Expressbank-ın sürətlə inkişaf edən Expresspay ödəmə sistemi Koronavirusla Mübarizəyə Dəstək Fondu-na ianə köçürməsini əhali üçün daha əlçatan və rahat edir.
Belə ki, sözü gedən Fonda köçürməni evdən çıxmadan, rahat şəkildə Expresspay mobil əlavə vasitəsilə, və ya expresspay.az web sayt üzərindən həyata keçirmək və, bununla cəmiyyətimizin bu faciədən qurtulmasına dəstək olmaq mümkündür.

Smartfonunuza yüklənmiş Expresspay mobil əlavə, web sayt, həmçinin ölkəmizin müxtəlif nöqtələrində quraşdırılmış Expresspay ödəmə terminalları vasitəsilə Siz müxtəlif bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, mobil operatorlar, kommunal / rabitə ödənişləri, kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər ödənişlərini həyata keçirə bilərsiniz.

Expresspay haqqında daha ətraflı məlumatı www.expresspay.az saytına və ya rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expresspay) daxil olaraq əldə edə bilərsiniz.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında daha ətraflı məlumat üçün www.expressbank.az saytına daxil ola bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər