19 C
Baku
Thursday, October 17, 2024

Koronaviruslu xəstələr üçün ayrılan xəstəxanaların adları açıqlandı – SİYAHI

Koronaviruslu xəstələrin müalicəsi ilə bağlı xüsusi rejimli xəstəxanalar kimi müəyyənləşdirilən tibb müəssisələrinin adları açıqlanıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, həmin xəstəxanalarda müalicə alan pasiyentlər ən yaxın rayonlardakı digər tibb müəssisələrinə köçürülüb müalicələrini davam etdirə biləcəklər:

– Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu

– 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası;

– Kliniki Tibbi Mərkəz;

– Azərsu Tikinti Xəstəxanası;

– Göyçay Rayon Mərkəzi Xəstəxanası;

– Salyan Rayon Mərkəzi Xəstəxanası;

– Xızı Rayon Mərkəzi Xəstəxanası;

– Qusar Rayon Mərkəzi Xəstəxanası;

– Ucar Rayon Mərkəzi Xəstəxanası;

– Saatlı Rayon Mərkəzi Xəstəxanası;

– Zərdab Rayon Mərkəzi Xəstəxanası;

– Gəncə Dəmiryol Xəstəxanası.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər