8 C
Baku
Thursday, December 12, 2024

Koronaviruslu xəstələrin müalicəsinə xərclənən vəsaitin miqdarı açıqlandı

Bu ilin mart-iyun aylarında Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün səhiyyə müəssisələrinə 250 milyon manat ayrılıb.

Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Baş Nazir Əli Əsədov bildirib.

Onun sözlərinə görə, bu məbləğə xəstəliklə mübarizə aparan tibb işçilərinə, onların maaşının 3-5 misli qədər ödənilən əlavə vəsait də daxildir.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər