24 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

“Koronavirusu dayandırmaq üçün vaksinasiya kifayət etmir”

Screen Shot 2021 09 02 at 14.34.20

Koronavirus pandemiyasını dayandırmaq üçün yalnızca vaksinasiya kifayət etmir. 

Bu haqda məlumat “Nature Scientific Reports” elmi jurnalında dərc olunan məqalədə yer alıb.

Məqalənin müəllifləri qeyd edir ki, həmçinin maska taxmağa və sosial məsafəni qorumağa davam etmək lazımdır. Alimlər belə qənaətə gəliblər ki, yalnız bu tədbirlərin toplusu infeksiyanın yayılmasını dayandırmağa, həmçinin yeni ştammların yaranmasının qarşısını almağa imkan verəcək.

Bununla yanaşı, virusun mutasiyaya uğramasına imkan verməmək üçün demək olar ki, bütün insanları mümkün olan tez bir zamanda vaksinləmək mütləqdir.

Məqalədə qeyd olunur ki, sürətli vaksinasiya templəri koronavirusun dayanıqlı ştammının peyda olunması ehtimallarını da azaldır.

Ekspertlərin fikrincə, əhalinin əksəriyyəti artıq peyvəndlənmiş olsa belə, maskadan istifadə etmədikdə və sosial məsafəni qorumadıqda koronavirusun dayanıqlı ştammlarının yaranma ehtimalı əhəmiyyətli dərəcədə güclüdür.

Bu səbəbdən də alimlər insanları maskadan istifadə etməyə, sosial məsafəni qorumağa və insanların çox olduğu məkanlara getməməyə çağırır.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər