10 C
Baku
Tuesday, October 29, 2024

Koronavirusu qripdən necə fərqləndirmək olar: konkret tövsiyələr

Artıq payız fəsli gəldi və bununla birlikdə respirator xəstəliklərə yoluxmaq ehtimalı da artdı. Koronavirus pandemiyası hələ də davam edir və özünü pis hiss edən insan Covid-19-u qripdən necə fərqləndirmək olduğu barədə düşünməyə başlayır. 

Bu iki infeksiyanın bir çox oxşar simptomları olsa da, ciddi fərqlər mövcuddur. Mövsümi qripi koronavirusdan necə ayırmaq barədə soruşduqda, amerikalı həkim bu sualaRewiew Times”da belə cavab verdi. 

Qrip və koronavirus arasındakı ilk əhəmiyyətli fərq odur ki, qripin simptomları daha sürətli yayılır. Covid-19-a gəldikdə, əvvəldə özünüzü sadəcə bir az narahat və zəif hiss edə bilərsiniz. 

Covid-19-un simptomları

– yüksək hərarət və ya üşütmə

– öskürək

– nəfəs darlığı və ya nəfəs almaq çətinliyi

– yorğunluq və zəiflik

– əzələ və ya bədən ağrısı

– baş ağrısı

– qoxu və dad itkisi

– boğaz ağrısı

– burun tutqunluğu və ya axması

– mədə ağrısı, ishal

– ürək bulantısı

 Qripin simptomları

– öskürək

– yüksək hərarət (olmaya da bilər)

– boğaz ağrısı

– burun tutqunluğu və ya axıntısı

– əzələ və ya bədən ağrısı

– baş ağrısı

– yorğunluq

Həkim özünüzü bu infeksiyalardan necə qoruya biləcəyinizə dair ən vacib tövsiyələrini verdi. Əsas qayda budur: insan çox olan yerlərə getməkdən çəkinin. Əgər gedirsinizsə, qoruyucu maskadan istifadə edən və evə gəldikdən sonra əllərinizi 20 saniyə ərzində sabunla yuyun. 

Son xəbərlər
Digər xəbərlər