37 C
Baku
Tuesday, August 16, 2022

Koronavirusun ən erkən əlamətlərini üzə çıxardı

Amerika həkimləri koronavirusun hətta respirator əlamətlərindən də erkən simptomlarının siyahısını dərc ediblər.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Mütəxəssislərin məlumatına görə, əvvəlcə insanda yüngül mədə-bağırsaq simptomları üzə çıxır. Bu, özünü iştahın itməsində, ürək bulanmasında və mədə pozğunluğunda göstərir.

Qeyd edilir ki, “COVID-19-un mədə-bağırsaq əlamətləri” az vaxt, yəni bir sutka davam edə bilər. Amma bu, artıq diqqəti öz əhvalına yönəltmək üçün kifayətdir.

Bir sıra pasiyentlərdə ürək bulanmasının və qusmanın ardınca titrətmə və iybilmə duyğusunun itməsi daha da artır. Artıq bu, koronavirusun məlum olan ənənəvi simptomlarıdır.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər