Koronavirusun daha yoluxucu variantı aşkar edildi

Hindistanın paytaxtında koronavirusun “Omikron” ştamının daha yoluxucu variantı aşkar edilib.

Bu barədə NDTV telekanalı məlumat yayıb.

Yeni alt variant BA-2.75 adlandırılıb. “Omikron”un bu variantı daha çox ötürücüdür, eyni zamanda daha çox insanı yoluxdura bilər.

Omikron ştamı ilk dəfə 2021-ci ilin noyabrında Botsvana və Cənubi Afrikada müəyyən edilib.

 

Son xəbərlər
Digər xəbərlər