13 C
Baku
Friday, April 19, 2024

Koronavirusun diaqnostik alətlər dəsti Azərbaycana gətirilib

Yeni 2019-nCoV koronavirus epidemiyasının diaqnostik alətlər dəsti Azərbaycana gətirilib.

Alətlər dəsti virusa yoluxan şəxslərin hospitalizasiyası üçün ayrılan xəstəxanalara paylanılacaq.

Alətlər dəstinin ölkəyə gətirilməsi işini Ümumdünya Səhiyyə Təşkilatı təşkil edib.

Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, virusa yoluxması ehtimal edilən şəxslər Elmi-tədqiqat Ağciyər xəstəlikləri institutu, 1 saylı Kliniki Tibbi Mərkəzə və 7 saylı Uşaq infeksion xəstəxanasında karantin altına alınacaq.

©Report

Son xəbərlər
Digər xəbərlər