Koronavirusun dünya iqtisadiyyatına vurduğu zərər $1 trln. dəyərində qiymətləndirildi

“Oxford Economics” in analitikləri koronavirusun dünya iqtisadiyyatına vurduğu zərərin 1 trilyon dollar təşkil edəcəyini proqnozlaşdırıblar.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Koronavirus epidemiyaya çevrildiyi təqdirdə, 2020-ci ildə ÜDM təqribən 1,1 trilyon dollar azalacaq (1,3%). Mütəxəssislərin fikrincə, ABŞ və Avrozona üçün tənəzzül təhlükəsi var.

Hesablamalara görə, epidemiya təkcə Asiya qitəsində yayılarsa, dünya iqtisadiyyatı 0,4 trilyon dollar (ÜDM-un 0,5%) itirəcək. Bunun əsas səbəbi müəssisələrin öz fəaliyyətini dayandırması, turizm axınının yavaşlaması və tədarük zəncirinin pozulması göstərilir.

Mərkəzi banklar və dövlətlər koronavirusun dünya iqtisadiyyatına güclü təsir göstərə bilməyəcəyini ehtimal edirlər. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, koronavirus dünya iqtisadiyyatının artım tempini 3,3% azaldacaq. İsveçrənin UBS Group bankının sədri Aksel Veber bu fikirlə razılaşmır: o, artım tempinin 3,5%-dan 0,5%-dək düşəcəyini ehtimal edir.

Xatırladaq ki, ötən həftə koronavirus həmçinin Cənubi Koreya, İran və İtaliyada da aşkarlanıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları