10 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Koronavirusun “Kaliforniya” növü də ortaya çıxdı

ABŞ-ın Kaliforniya ştatında koronavirusun yeni mutasiyası tapılıb.

Bu barədə “The New York Times” xəbər verir.

Məlumata görə, mütəxəssislər koronavirusun “Britaniya ştammı”nı axtararkən yeni ştammı kəşf ediblər. Beləliklə, koronavirusun “Kaliforniya ştammı” da tapılıb.

Elm adamlarının sözlərinə görə, CAL.20C mutasiyası ştatda ötən ilin iyul ayında ortaya çıxıb, lakin noyabr ayına qədər heç bir şəkildə özünü göstərməyib.

Sonra ştamm ciddi şəkildə yayılmağa başlayıb, yanvarın 13-də Los Ancelesdə bir laboratoriya tərəfindən alınan nümunələrin yarısından çoxunda tapılıb.

Mənbə:Oxu.az
Son xəbərlər
Oxşar xəbərlər