1 C
Baku
Saturday, December 14, 2024

Koronavirusun müalicəsində istifadə olunan dərmanların qiyməti bahalaşdı

Dərmanların qiymətinin artması səbəbini aydınlaşdırmaq üçün monitorinq keçirilməlidir və aşkar edilən qanun pozuntuları dərhal aradan qaldırılmalıdır.

Bu sözləri İran Prezidenti İbrahim Rəisi Koronavirusa qarşı milli mübarizə qərərgahının iclasında deyib. Prezident son aylarda koronavirusa yoluxan şəxslərin müalicəsində istifadə edilən dərmanların qiymətinin süni şəkildə artırılmasının yolverilməz olduğunu bildirib. O qeyd edib ki, ölkədə kifayət qədər dərman ehtiyatı var və qiymət artımı olmamalıdır.

İ.Rəisi nəzərə çatdırıb ki, pandemiya səngiməkdədir, lakin əhaliyə mütləq “buster” doza peyvənd vurulmalıdır. Prezident ölkənin səhiyyə nazirinə bu prosesi sürətləndirmək barədə tapşırıq verib.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində ölkədə 1757 nəfərin virusa yoluxması, 49 nəfərin isə yoluxaraq həyatını itirməsi faktı qeydə alınıb. Bununla da, İranda virusa yoluxanların ümumi sayı 7 milyon 188 min 749 nəfərə, yoluxaraq ölənlərin ümumi sayı isə 140 min 577-yə çatıb.

Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 1647 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 6 milyon 913 min 934 xəstə sağalaraq evə buraxılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər