8 C
Baku
Thursday, November 7, 2024

Koronavirusun mutasiyası davam edəcək – Rəsmi

COVID-19-un mutasiyası prosesi gələcəkdə də davam edəcək.

Belə bir əminliklə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove bazar ertəsi keçirdiyi brifinqdə çıxış edib.

“Mutasiya davam edir”, – o qeyd edib: “Mutasiya – bu, təbii prosesdir. Virus özü özlüyündə xüsusi olaraq təsir etmir, ancaq biz bu variantları, həmçinin ötürülmə potensialı nöqteyi-nəzərindən araşdırmağı davam etdirməliyik”.

Van Kerkhove vurğulayıb ki, ÜST vəziyyəti diqqətlə müşahidə etməyə və mutasiyaları araşdıran dünya alimləri ilə işləməyə davam edir. Bundan başqa, ekspert əlavə edib ki “təşkilatın özünün koronavirusun yeni variantlarının tədqiqatını aparan mütəxəssis qrupları var”. “Onların işinin nəticələri yaxın günlərdə və həftələrdə alınacaq”, – o deyib.

Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə Nazirliyinin başçısı Mett Henkok ölkəsinin alimləri tərəfindən koronavirusun yeni ştammının üzə çıxarılması haqqında bildirib. Yeni ştamm İngiltərənin cənub-şərq hissəsində sürətlə yayılmağa başlayıb. İlkin məlumatlara görə, koronavirusun yeni variantı 70% daha yoluxucudur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər