27 C
Baku
Saturday, July 27, 2024

Koronavirusun sağalmasını sürətləndirən üsul aşkarlanıb

Amerika alimləri aşağı dozalı şüa terapiyasının koronavirus pasiyentlərinin sağalmasını sürətləndirməyə kömək etdiyini müəyyənləşdirən tədqiqat aparıblar.

Bu barədə “Ridus” bildirir.

Qeyd edilir ki, tədqiqatda şüa terapiyası müalicəsi keçən 10 pasiyent iştirak edib. Həmçinin adi metodlarla müalicə edən nəzarət qrupu yaradılıb. Nəticədə məlum olub ki, şüa terapiyası pasiyentlərin kliniki sağalmasını sürətləndirməyə kömək edir.

Məlumata görə, şüa terapiyası ilə müalicə edilənlər 3 gün ərzində sağalıb. Lakin adi üsullarla müalicə kursu keçən xəstələrdə bu müddət 12 gün təşkil edib.

Stasionar müalicədən çıxışa qədər vaxt 12 günə qədər azaldılıb, nəzarət qrupundakı pasiyentlər isə 20 gün sonra xəstəxanadan buraxılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər