Koronavirusun şiddəti kalkulyatorla hesablanacaq

Çinli alimlər xəstələrdə koronavirus infeksiyasının ağır formada inkişafını proqnozlaşdıran onlayn kalkulyator hazırlayıblar.

Bu barədə “İzvestiya” məlumat yayıb.

COVID-GRAM adlanan bu yenilikdən hər kəs istifadə edə biləcək. Onlayn kalkulyatorun xüsusən həkimlər və tədqiqatçılar üçün faydalı olacağı iddia olunur.

O da vurğulanır ki, kalkulyator hələ tam sınaqdan keçməyib və dəqiq diaqnoz vasitəsi ola bilməz: sadəcə, həkimlərə pasiyentləri hansı şöbəyə yerləşdirmək barədə qərar verməkdə kömək edə bilər.