Koronavirusun turizm sənayesinə vurduğu zərər $22 mlrd. dəyərində qiymətləndirilib

Koronavirus epidemiyasının turizm sənayesinə vurduğu zərər 22 milyard dollar dəyərində qiymətləndirilib.

Banker.az  xəbər verir ki, bu haqda Dünya Turizm və Səyahətlər Şurasının (WTTC) prezidenti Gloriya Gevara məlumat verib.

Onun sözlərinə görə, hesablamalar SARS və H1N1 (donuz qripi) epidemiyalarının səbəb olduğu əvvəlki böhranların təcrübəsinə əsaslanır.

“Böhran turizm sektoruna ən azı 22 milyard dollara başa gələcək. Ən böyük təsir Asiyada, ilk növbədə Çində qeydə alınacaq”, – Gevara qeyd edir.

“Oxford Economics” in mütəxəssisləri epidemiyasının qarşısı alınmadığı təqdirdə, bu rəqəmin iki və ya üç dəfə artacağını güman edirlər. İlk növbədə çinli turistlərdən asılı olan ölkələrə zərər dəyəcək – Hong-Kong, Makao, Tailand, Kamboca və Filippinlər.

Çin Xalq Respublikasının Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, koronavirusa yoluxanların sayı 83 min, sağalanların sayı isə 36,1 min təşkil edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları