-1 C
Baku
Sunday, December 15, 2024

“Koronavirusun yeni növü qorxulu deyil” – Açıqlama

“Böyük Britaniyada müşahidə olunan, mutasiyaya uğramış yeni koronavirus xüsusi virus deyil”.

“İnterfax” agentliyi xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Fundamental və Tərcümə Tibb Tədqiqat Mərkəzinin yoluxucu xəstəliklər eksperimental modelləşdirmə və patogenezi şöbəsinin müdiri Aleksandr Şestopalov məlumat yayıb.

Mütəxəssis qeyd edib ki, virus mutasiya etməyə davam edir, lakin onun patogenliyi böyük dəyişikliklərə məruz qalmır.

“Virus hər zaman yüksək sürətlə mutasiyaya uğrayır. İndi onun ingilis variantı aşkar edilib, ondan əvvəl Danimarka variantı aşkar edilmişdi, lakin ümumilikdə onun doğurmuş olduğu xəstəlik ölüm sayını dəyişmir, 1-3 faiz aralığında qalır”, – deyə A.Şestopalov vurğulayıb.

Mütəxəssisin fikrincə, virusun yeni variantının dominant ola biləcəyini söyləmək hələ tezdir, bununla belə, SARS-CoV-2 tədqiqatı davam etdirilməlidir.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Boris Conson Birləşmiş Krallıqda müşahidə olunan, mutasiyaya uğramış yeni koronavirus növünün 70 faizə qədər daha yoluxucu olduğu söyləmişdi.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər