Dünyada ən geniş yayılmış “Starbucks” kafe şəbəkəsi koronavirus səbəbindən 2020-ci il üzrə maliyyə proqnozunu yenidən nəzərdən keçirmək məcburiyyətində olduğunu açıqlayıb.
“Starbucks”ın Çində 4 292 kafesi mövcuddur və şirkətin onların sayını artırmaq planı var idi. Lakin yayılan koronavirus səbəbindən “Starbucks” 2 minə yaxın məntəqəsini bağlamalı, digərlərində isə iş cədvəlini dəyişməli olacaq.
Qeyd edək ki, “Starbucks”ın zərərinin dəqiq həcmi tanınmış kafe şəbəkəsinin neçə məntəqəsinin bağlamasından asılı olacaq.
©APA