20 C
Baku
Bazar, Oktyabr 17, 2021

Koronovirus Tokio birjasına da mənfi təsir edib

Tokio Fond Birjasının əsas göstəriciləri bazar ertəsi Çində yeni koronavirusun (2019-nCoV) səbəb olduğu sətəlcəm xəstəliyinin yayılmasının davam etməsi fonunda, təxminən, 2% azalıb.

“TASS” xəbər verir ki, Yaponiyanın 225 aparıcı şirkətinin səhm qiymətlərini əks etdirən “Nikkei” indeksi səhər sessiyasının sonunda 24 yanvar ticarət əməliyyatlarının yekunları ilə müqayisədə 1,9%, 23372,06 bəndə qədər azalıb.

Birjanın elit birinci hissəsindəki bütün şirkətlərin səhm qiymətlərini təyin edən daha geniş TOPIX indeksi isı 1,53%, 1703,96 bəndə qədər azalıb.

Düşmənin əsas amili investorların virusun daha da yayılması və iqtisadiyyata mənfi təsiri ilə bağlı narahatlıqları ilə bağlıdır. Gün ərzində Tokioda ən çox turizm, ticarət və hava daşımaları ilə əlaqəli şirkətlərin səhmləri ucuzlaşıb.

Bazar iştirakçıları həmçinin Yapon yenini aktiv olaraq satın alırlar ki, bu da onun ay ərzində maksimum səviyyəyə qalxmasına səbəb olub.

©Report

Son xəbərlər
Oxşar xəbərlər