2 C
Baku
Saturday, December 14, 2024

Koronovirusa görə Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşınmaları azalıb

Koronovirus pandemiyasına qarşı tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə iqtisadiyyatın bir sıra sahələrində fəaliyyətin məhdudlaşdırılması yük və sərnişin daşınmalarının azalmasına gətirib çıxarmışdır.

Belə ki, bu il  yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə Azərbaycanda 522 min sərnişin daşınıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75.2% azdır.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə 2 milyon 103  min sərnişin daşınıb. Daşınmaların 99.9%-i dövlət, 0.1%-i isə özəl müəssələr məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmişdir.

Cari ildə isə sərnişin daşınmalarının 99.5 %-i dövlət, 0.5 %-i isə özəl müəssələrə məxsus nəqliyat vasitələri ilə həyata keçirilib.

123

 

Son xəbərlər
Digər xəbərlər