27 C
Baku
Tuesday, July 9, 2024

Hollandiyada maska taxmayanları 95 avro dəyərində cəza gözləyir

Hollandiyada 1 dekabrdan etibarən qapalı məkanlarda 13 yaşdan yuxarı olan hər kəsin maska taxması məcburi olacaq.

Banker.az xəbər verir ki, bu barədə məlumatı  Hollandiya Ədliyyə Nazirliyi verib. Belə ki, maska taxmaq məcburiyyəti məktəb, market, muzey, kinoteatr və ictimai qurumlar kimi ictimaiyyətə açıq yerlərə aiddir.

Açıqlamada qadağanı pozanlara əvvəlcə xəbərdarlıq ediləcəyi, taxmamaqda israr edənlərə isə 95 avro pul cəzası veriləcəyi qeyd edilib.

Qadağanın 3 ay boyunca qüvvədə qalacağı vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər