26 C
Baku
Saturday, July 27, 2024

Koronovirusa yoluxan ölkə liderləri – SİYAHI

Covid-19 infeksiyası ölkə liderlərindən də yan keçməyib.

Banker.az  xəbər verir ki, bu infeksiyaya bir neçə ölkə lideri yoluxub. Bu barədə apardığımız araşdırmanı təqdim edirik.

Belə ki, oktyabrın ikisində ABŞ prezidenti öz twitter hesabından  test nəticəsinin müsbət çıxdığını bildirib. Həmçinin xanımı Meleniya Trampın da koronovirus testi müsbət çıxıb. Qeyd edək ki, Trampın müşaviri Hope Hicks koronavirusa yoluxduqdan sonra Tramp koronavirus testi etdirərərək özünü karantinə almışdı.

trump

Koronovirusa yoluxanlar sırasında Belarus prezidenti Lukaşenko da var. O, açıqlamasında Covid-19-a tutulduğunu ancaq heç bir fəsad olmadan keçirdiyini bildirib.

lukaşenko4

Braziliya prezidenti Jair Bolsonarunun da koronovirusa yoluxub. Bu barədə dövlət başçısı televiziya kanalında məlumat yayıb. Qeyd edək ki, bundan öncə Braziliya Prezidenti koronavirusu şişirdilmiş saydığını bildirib. Həkimlərin tövsiyəsinə baxmayaraq o, maskadan və əlcəkdən istifadə etməyib, kütləvi tədbirlərə qatılıb, eyni zamanda, izolyasiya rejiminin və müəssisələrin fəaliyyətinin dayandırılmasının əleyhinə çıxıb.

bolsonaro 1

Boliviya prezidentinin vəzifəsini müvəqqəti icra edən Janin Anyesdə də koronavirus infeksiyası aşkarlanıb. Janin Anyes “Twitter”dəki səhifəsində bildirib ki, koronavirus testi müsbət çıxıb. “COVID-19 testinin nəticələri müsbət oldu. Mənim vəziyyətim normaldır. Özünütəcrid şəraitində işləyəcəm”, – deyə o qeyd edib. 

janin

Bundan əlavə olaraq koronovirusa yoluxanlar sırasında Zimbabve prezidentinin oğlu və Ukrayna lideri Zelenskinin həyat yoldaşı Olena Zelenska’nın  da yer alıb. “Prezident Emmerson Mnangagvanın oğlu Tonqay Mnangaqva bazar ertəsi axşam jurnalistlərə verdiyi açıqlamada, “Koronavirus üçün müsbət nəticə verdim və mənimlə təmasda olan hər kəsdən tədbir alınmasını və sınaqdan keçmələrini xahiş edirəm” ifadələrini səsləndirib .

Olena Zelenska isə sosial media hesabından etdiyi paylaşımında koronvirusa tutulduğunu bildirdi.

olena

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər