27 C
Baku
Wednesday, June 26, 2024

Koronovirusun təsiri mebel istehsalından da yan keçməyib -25% azalma

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 129.8 milyon manatlıq mebel istehsal olunub.

Banker.az Dövlət statistika Komitəsindən verilən məlumata görə, mebel istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 25% azalıb.

Hesabat dövründə elektrik avadanlıqlarının istehsalı mebel istehslının əksinə artıb. Belə ki, cari ildə  elektrik avadanlıqlarının istehsalı 145.8 milyon manat təşkil edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə istehsalda 17% artım müşahidə olunub.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər