9 C
Baku
Wednesday, November 13, 2024

Korporativ Bankçılıq Departamentinin Mütəxəssisi – DəmirBank ASC

“DəmirBank” ASC  Korporativ Bankçılıq Departamentinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Korporativ kredit satışlarını idarə etmək;
• Filiallar üzrə korporativ kredit satışlarına nəzarət etmək;
• Filiallarda korporativ kredit satışı potensialının araşdırılması və onun reallaşdırılması ilə bağlı filiallarla birgə iş aparmaq;
• Korporativ bankçılıq üzrə bankın yanaşmasını təbliğ etmək;
• Bankın korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
• Kredit portfeli planının icrasını və korporativ məhsulların çarpaz satışını təmin etmək;
• Müvafiq kredit prosedurlarına uyğun olaraq müştəri ilə sorğu keçirmək;
• Müştərinin ərizəsini qəbul etmək və biznes sahəsinə vizitlər etmək;
• Müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq;
• Kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək;
• Kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmləşdirilmək;
• Bankın daxili nizam–intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət etmək.

Namizədə qarşı tələblər:

• Kommersiya, Maliyyə, Biznes İdarəedilməsi sahələri üzrə ali təhsil (MBA və digər peşəkar kvalifikasiyalı namizədlərə üstünlük verilir);
• 3 illik maliyyə, kredit, strateji və ya biznesin inkişafı sahəsində təcrübəyə malik olmaq;
• Təşkilatçılıq bacarıqlarına sahib olmaq;
• Kredit təhlili və riskin idarəedilməsi üzrə bilik və bacarıqlara malik olmaq;
• Satış və müştəri xidməti üzrə bacarıqlara sahib olmaq;
• İngilis və Rus dillərini sərbəst bilən namizədlərə üstünlük verilir;
• Təqdimat bacarıqlarına malik olmaq;
• MS Office proqramlarında (xüsusilə MS Excel, Power Point proqramlarında) sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək;
• Stress altında işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 yanvar 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ Bankçılıq Departamentinə Mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər