31 C
Baku
Monday, July 15, 2024

Korporativ bankçılıq (SME) üzrə mütəxəssis (Bakı)

Vəzifə öhdəlikləri:

  • Korporativ bankçılıq üzrə bankın yanaşmasını təbliğ etmək;
  • Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
  • Filialın kiçik, orta, iri kreditlərin portfeli planının icrasını və korporativ məhsulların çarpaz satışını təmin etmək;
  • Kredit portfelini idarə etmək;
  • Korporativ müştərilərin loyallığını təmini üzrə tədbirlər həyata keçirmək;
  • Təhkim edilmiş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
  • Bankın kredit məhsullarını təbliğ etmək və banka müştəriləri cəlb etmək;

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Analitik təhlil qabiliyyətinə malik olmaq;
  • Bankda kredit satışı istiqamətində minimum 1 illik təcrübəyə malik olmaq;
  • Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 oktyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Korporativ bankçılıq (SME) üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər