8 C
Baku
Friday, December 13, 2024

Korporativ Bankçılıq üzrə Menecer (Demir Bank)

İŞÇININ VƏZIFƏSI:

• Korporativ bankçılıq üzrə bankın yanaşmasını təbliğ etmək;
• Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
• Filialın kiçik, orta və iri kreditlərin portfeli planının icrasını və korporativ məhsulların çarpaz satışını təmin etmək;
• Müvafiq kredit prosedurlarına uyğun olaraq müştəri ilə sorğu keçirmək;
• Müştərinin ərizəsini qəbul etmək və biznes sahəsinə vizitlər etmək;
• Müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq;
• Kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək;
• Kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmləşdirilmək;
• Kredit portfelini idarə etmək;
• Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
• Filialın kiçik, orta, iri və korporativ kreditləri sahəsində ümumi fəaliyyətinə dair hesabatlar vermək;
• Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
• Filialda kiçik, orta, iri kreditləri və korporativ məhsulları üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək;
• Bankın daxili nizam – intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət etmək.

TƏLƏBLƏR:

• İqtisadiyyat və menecment sahələrdə ali təhsil;
• Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
• Müvafiq sahədə minimum iş təcrübəsi (ən azı 1 il) olmalı;
• Stres altında işləməyi bacarmalı;
• Korporativ satışın aparılmasında təcrübəyə sahib olmalı;
• Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
• MS office proqramlarında əla səviyyədə işləmək qabiliyyəti olmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olması;
• Nəticə yönümlülük, məxfilik, marketinq bacarığı, hədəf yönümlülük, vaxtın idarə olunması, səbirlilik, sürət, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqların olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 5 dekabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ Bankçılıq üzrə Menecer) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər