9 C
Baku
Friday, December 13, 2024

Korporativ hüquq departamentinin kiçik hüquqşünası – Bank of Baku

Korporativ hüquq departamentinin kiçik hüquqşünası

Əsas vəzifə və öhdəliklər

  • Bankın korporativ hüquqi aktlarının hüquqi cəhətdən dəstəklənməsi
  • İdarəetmə orqanlarının və bankdaxili komitələrin fəaliyyətini tənzimləyən əsasnamələrin hazırlanması
  • Bankdaxili struktur bölmələrin əsasnamələrinin hazırlanması istiqamətində zəruri hüquqi rəy və məsləhətlərin verilməsi
  • İdarəetmə orqanlarının və bankdaxili komitələrin iclaslarının protokollarının hazırlanması, rəsmiləşdirilməsi və qəbul edilmiş qərarların aidiyyəti olan struktur bölmələrə (o cümlədən, vahidlərə) və şəxslərə çatdırılması
  • Müşahidə Şurası və İdarə Heyəti sədrlərinin tətbiqi aktlarının (qərar və əmrlərinin) hazırlanması, rəsmiləşdirilməsi və qəbul edilmiş qərarların aidiyyəti olan struktur bölmələrə (o cümlədən, vahidlərə) və şəxslərə çatdırılması

Seçim meyarları

  • Ali hüquqi təhsil
  • Mükəmməl Azərbaycan dili biliyi (Rus və İngilis dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

  • İş yeri: Baş İdarə
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər