15 C
Baku
Friday, March 29, 2024

Korporativ mədəniyyət və menecment

Korporativ mədəniyyət menecment sahəsində böyük əhəmiyyətə malikdir. Hər bir konkret müəssisənin idarə edilməsi əsasları məhz bunun əsasında qurulur. Böyük bir şirkətə işləməyə gəlmiş hər bir yeni başlayan menecer məhz bu faktoru diqqət mərkəzində saxlamalıdır. Eyni zamanda korporativ mədəniyyətin bir neçə əsas kateqoriyaları mövcuddur.

Son zamanlar korporativ mədəniyyətin aşağıdakı növləri geniş yayılmışdır:

 “Dostlar” – şirkətin bir-birini yaxşı tanıyan dost qrupu tərəfindən yaradıldığı təqdirdə. Bu halda yüksək dairələrdə istənilən ünsiyyət qeyri-rəsmi mühitə gətirib çıxarır. Şirkətin şöbələrində də menecmentin modeli də məhz bu növdə təşkil ediləcək.

Lakin unutmaq lazım deyil ki, korporativdə “dostlar” modelində olan menecment heç də o demək deyil ki, istənilən əməkdaş müdirə yaxınlaşa və “səmimi” zarafat edə bilər. Əksinə, bu modelin mahiyyəti ondan ibarətdir ki, hər kəs öz problemi ilə rəhbərliyə yaxınlaşa bilər və əmin ola bilər ki, onu dinləyəcəklər.

“Ailə”. Ailədə daha sıx bağların olması gümanına baxmayaraq, bu heç də elə deyil. “Ailə” formasında olan korporativ mədəniyyət ciddi tabeçiliyi nəzərdə tutur. Burada qərarlar qəbul edən və yalnız yaxın insanlardan başqa heç kimin onun qərarlarını müzakirə edə bilməyən “ailə başçısı” var. Bu ciddi tabeçiliyə baxmayaraq “ailə üzvləri” arasında bərabərliyə də ciddi şəkildə riayət edilir. Korporativ mədəniyyətin bu forması işçilərin rəhbərlikdən qorxmasını deyil, ona hörmət etməklərini nəzərdə tutur.

 “Müdir” – bütün işçilər üzərində nəzarətin bir şəxsin əlində cəmləşməsi ilə həyata keçirilən korporativ mədəniyyətin standart növüdür. Burada tabeçilik “ailə”-də olduğundan daha ciddidir. Burada qərarlar qəbul edərkən isə əməkdaşların fikirləri heç vaxt nəzərə alınmır. Bundan əlavə, rəhbərliyin özü adi işçilərin problemlərindən uzaqlaşmış şəkildədirlər.

Bu səbəbdən də işçilərin özləri rəhbərlərini sevmirlər. Lakin onlar yüksək əmək haqqı aldıqları təqdirdə işdən çıxmayacaqlar. Lakin böhran zamanı şirkəti ataraq digər bir şirkətə gedəcəkləri də istisna deyil.

Bu zaman belə bir sual yaranır: ümumiyyətlə korporativ mədəniyyət lazımdırmı. Müasir  insanların işə yalnızca pula görə gəldiyini nəzərə alsaq buna ehtiyac duyulur. İnsanlar idarə olunmağı sevir… Digər tərəfdən isə korporativ mədəniyyətin olması şirkətin menecmentinin işini yüngülləşdirir.

Son xəbərlər
Digər xəbərlər