24 C
Baku
Sunday, July 27, 2025

“Korporativ müştərilərə xidmət şöbəsi”nin rəisi – Rabitəbank

Müştəri Xidməti departamentinin “Korporativ müştərilərə xidmət şöbəsi”nin rəisi
ƏSAS VƏZİFƏLƏRİ
  • Hüquqi şəxslərə və fərdi sahibkarlara onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların açılmasını, bu hesablar üzrə əməliyyatların aparılmasını təmin etmək;
  • Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və yeni korporativ müştəriləri banka cəlb etmək;
  • İri korporativ müştərilərə bütün növ bank məhsullarının və xidmətlərinin satışını təmin etmək;
  • Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasını təmin etmək;
  • Şöbənin fəaliyyətinə rəhbərlik və nəzarət funksiyalarını həyata keçirmək;
  • Müştərilərə xidmət işinin təkmilləşdiriməsinə və inkişafına dair təkliflər vermək.
TƏLƏBLƏR
  • Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir);
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
  • Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktları bilməli;
  • Rəhbərlik və idarəetmə bacarığı;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Analitik düşüncəyə malik olmalı;
  • Azərbaycan dilini səlis, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;
  • Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
  • Yaradıcı və təşəbbüskar olmalı;
  • Komandada işləmək bacarığı.
  • Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
  • Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E – mail :  [email protected]
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Son xəbərlər
Digər xəbərlər