CV-ni 08.08.2017 tarixinədək bu ünvanda http://www.pashabank.az/career/lang,az/ doldurmaq olar
Əhatə dairəsi / Strateji öhdəlik
Filial daxilində korporativ müştərilərə yüksək xidmətin təqdim olunması üçün məsuliyyət daşıyır.
Vəzifə öhdəlikləri
• Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi
• Müştərilərin xidmət və məhsullara dair ehtiyaclarının müəyyən edilməsi. Onların tələblərinə yönəldilmiş məhsul çeşidlərinin təklif edilməsi və mövcud olan bütün əməliyyat xidmətlərinin göstərilməsi
• Müştərilərin sorğu və müraciətlərinin daxili prosedur və qaydalara uyğun operativ şəkildə icra olunması
• Müştəri və müştəriyə aid olan bütün məlumatlar və onun maliyyə məsələləri məxfiliyinin qorunması məqsədilə, bütün lazımi prosedurların dəqiqliklə icrası
• İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələbləri ilə üzləşdirilməsi, hər hansı mümkün olan riskli və şübhəli əməliyyatların aşkarlanması və aidiyyatı struktur bölmələrə yönəldilməsi
• Müştəri tapşırıqlarının daxili prosedur və qaydalara uyğun icra olunması
TƏLƏBLƏR
• Ali təhsilin olması;
• Azərbaycan, Rus və İngilis dillərindədə yüksək səviyyədə yazı və şifahi bacarıqların olması;
• Ofis Proqramlarından mükəmməl istifadə bacarığı;
• Sözü gedən sahədə ən azı 2 illik iş təcrübəsinin olması;
• Məsuliyyətli və işində dəqiqlik.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 avqust 2017-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində nəzərə almaqla “Korporativ Müştərilər üzrə əməliyyatçı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHABNK11082017