DəmirBank ASC Korporativ müştərilər üzrə menecer vəzifəsinə işəqəbul elan edir.
27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.
Vəzifə və öhdəliklər:
• Korporativ bankçılıq üzrə bankın yanaşmasını təbliğ etmək;
• Bankın iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
• Filialın iri kreditlərinin portfeli planının icrasını və korporativ məhsulların çarpaz satışını təmin etmək;
• Müvafiq kredit prosedurlarına uyğun olaraq müştəri ilə sorğu keçirmək;
• Müştərinin ərizəsini qəbul etmək və biznes sahəsinə vizitlər etmək;
• Müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq;
• Kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək;
• Kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmləşdirilmək;
• Kredit portfelini idarə etmək;
• Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
• Filialın iri və korporativ kreditləri sahəsində ümumi fəaliyyətinə dair hesabatlar vermək;
• Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
• Filialda iri kreditləri və korporativ məhsulları üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək;
• Bankın daxili nizam–intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət etmək.
Namizədə qarşı tələblər:
• İqtisadiyyat və ya menecment sahələrində ali təhsil;
• Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
• Satış sahəsində 5 illik iş təcrübəsinə malik olmalı;
• SME sahəsində 3 illik iş təcrübəsinə malik olmalı;
• Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Korporativ satışın aparılmasında təcrübəyə sahib olmalı;
• Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
• MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
• Dinləmə, nəticə yönümlülük, məxfilik, marketinq bacarığı, hədəf yönümlülük, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, sürət, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 yanvar 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ Müştərilər üzrə Menecer) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.