15 C
Baku
Friday, April 26, 2024

Korporativ qiymətli kağızların buraxılışı 23,2% azalıb

Bu ilin doqquz ayı ərzində Azərbaycanda ümumi nominal məbləği 11,9 milyard manat olan qiymətli kağızlar buraxılışı qeyfiyyata alınıb. Artım 1,8 dəfə təşkil edir. Bazarın əsas iştirakçıları Maliyyə Nazirliyi və Mərkəzi Bankdır.

Banker.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.

Bu müddətdə Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydə alınmış korporativ qiymətli kağızların həcmi (1 milyard 941,9 milyon manat) 23,2 faiz azalıb. Bu il dövlət və özəl şirkətlər ümumi nominal dəyəri 962,5 milyon manat olan səhm emissiya ediblər. 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan şirkətlərinin səhm emissiyası 2 milyard 252,6 milyon manat təşkil edib. Bu ilin 9 ayı ərzində korporativ istiqrazların buraxılması 979,4 milyon manat təşkil edib ki, bu da 2017-ci ildəkindən 3,5 dəfə çoxdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər