“Bank Respublika” ASC “Korporativ satış departamentinin inzibati köməkçisi” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
– Rəhbərliyə və aidiyatı bölmələrə imza üçün sənədlərin təqdim olunması;
– İcrada olan məsələlərə nəzarət etmək;
– Şöbə və filiallar ilə işgüzar yazışmaların aparılması;
– Aidiyyatı sənədlərin təhlili, cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.
Namizədə qarşı tələblər:
– Ali təhsil
– Azərbaycan dili əla (yazılı və şifahi ), Rus və İngilis dilləri (arzuolunan)
– Komputer bilikləri. Microsoft Office Programs (Word,Excel),
– Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
– Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
– Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
– Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
– Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.
Sizə nə təklif edirik?
– Əlverişli iş mühitində çalışmaq imkanı;
– Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini, email-in mövzu hissəsində “Korporativ satış departamentinin inzibati köməkçisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
– Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
– Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.