3 C
Baku
Cümə, Dekabr 3, 2021

Korporativ satış şöbəsinin mütəxəssisi – Xalq Həyat Sığorta şirkəti

Korporativ satış şöbəsinin mütəxəssisi

İş barədə məlumat

– Potensial müştərinin cəlb edilməsi məqsədi ilə birbaşa əlaqənin qurulması və onlarla görüşlərin keçirilməsi
– Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək
– Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək
– Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
– Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
– İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

Namizədə tələblər

– Yaş: 23-40
– Xoş xarici görünüşlü bəy və xanım namizədlər
– Təhsil: Ali
– İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
– Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və əlavə olaraq İngilis dili (arzuolunandır

Şərtlər:

– Əmək müqaviləsi bağlanılır
– İş vaxtı: 09:00-dan 18:00-dək
– İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
– Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

Son xəbərlər
Oxşar xəbərlər
X