26 C
Baku
Wednesday, April 24, 2024

Korporativ satış şöbəsinin mütəxəssisi – Ateshgah Sigorta

Korporativ satış şöbəsinin mütəxəssisi

Satış həcminin artması ilə bağlı Şirkət aşağıdakı tələblərə cavab verən namizədlər axtarır:

Namizədə tələblər

• Yaş: 23-35
• Xoş xarici görünüşlü bəy və xanım namizədlər
• Təhsil: Ali
• İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan dili (əla), rus dili(əla) və əlavə olaraq ingilis dili (arzuolunandır)

Əsas vəzifə öhdəlikləri

• Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
• Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
• Sabit əmək haqqı sınaq müddətində 400 AZN
• Sınaq müddətindən sonra 500 AZN + rüblük motivasiya

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər